Stolüstü tennis üzrə Rusiya millisinin baş məşqçisi Aleksandr Petkeviç birinci Avropa Oyunları üçün heyəti açıqlayıb. "Ves Sport" agentliyi xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək yarışlarda Rusiyanın şərəfini Aleksandr Şibaev, Kirill Skaçkov, Aleksey Livençov, Yana Noskova, Polina Mixaylova və Anna Tixomirova qoruyacaqlar.
Baş məşqçi birinci Avropa Oyunlarına hazırlıq məqsədilə dünya turu çərçivəsində keçiriləcək "Belarus Open" beynəlxalq turnirində tennisçilərin də qüvvələrini sınayacaqlarını bildirib. O, iyunun 1-də Bronniçı (Rusiya) şəhərində təlim-məşq toplanışına başlayacaqlarını, on gün sonra isə Bakıya yola düşəcəklərini söyləyib.
Aleksandr Petkeviç deyib: "İyunun 13-də Avropa Oyunlarının stolüstü tennis yarışlarında komanda yarışı başlayacaq. Üç gün sonra isə şəxsi yarışlara start veriləcək. Şəxsi yarışlarda Kirill Skaçkov, Aleksandr Şibayev, Yana Noskova və Polina Mixaylovanın iştirakını planlaşdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB