Belarusun paytaxtı Minskdə velosiped idmanının trek növü üzrə 1-ci kateqoriyalı "Grand Prix Minsk" turniri start götürüb. SİA-nın məlumatına görə, ilk yarış günü Azərbaycan yığma komandası üçün uğurlu alınıb. Millimizin lideri Olqa İsmayılova 500 metr məsafəyə sprint yarışında 34.713 saniyə nəticə göstərib. O, bu göstərici ilə bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ilk pilləsinə qalxıb. İdmançımız bununla da aktivinə 80 reytinq balı yazıb. 2-ci və 3-cü yerləri isə Rusiya idmançıları Yelena Brejneva və Yekaterina Qnidenko tutub. Komandamızın digər üzvü, ağır zədədən sonra yenidən mübarizəyə qoşulan Sergey Omelçenkoya gəlincə, o, 200 metr məsafəyə sprint yarışında 28 idmançı arasında 10-cu olub. İdmançı, həmçinin 2015-ci ildəki şəxsi rekordunu yeniləyib. Bu gün hər iki velosipedçimiz keyrin növündə medallar uğrunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB