Elçin Quliyev: “Onlar biləcəklər ki, Azərbaycan güclü ölkədir”

Elçin Quliyev: “Onlar biləcəklər ki, Azərbaycan güclü ölkədir”

"Avropa Oyunları haqqında onu deyə bilərəm ki, bu çox böyük bir layihədir. Belə ki, böyük dövlətlər belə tədbirlərə hazır olmaq üçün ən azı 5-7 il vaxt sərf edirlər". Bu sözləri SİA-ya açıqlamasında Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan qısa zamanda Avropa Oyunlarına hazırlaşa bildi. Yarışlar Azərbaycanın tanınmasına böyük dəstək verəcək: "Biz qısa bir müddətdə bu oyunların keçirilməsinə nail oluruqsa, bu qədər işləri qısa müddətdə görürüksə, bu Azərbaycanın inkişafından, gücündən xəbər verir. Hesab edirəm ki, bu, beynəlxalq aləmdə tanınmaq, öz yerini təstiq etmək baxımından böyük prosesdir".

Elçin Quliyev qeyd etdi ki, Avropa Oyunları münasibətilə Azərbaycana gələn dövlət xadimləri də Azərbaycanın güclü investisiya məkanı və güclü ölkə olduğunu görəcəklər: "Avropa Oyunlarına dünyanın hər tərəfindən qonaqlar gələcək. Azərbaycanda bu qədər fərqi gördüklərində, şəhərin inkişafına şahid olduqlarında, layihənin qısa müddətdə necə hazır olduğunu gördüklərində onlar biləcəklər ki, Azərbaycan güclü ölkədir. Bundan başqa ölkəmiz güclü investisiyalar qoyulası məkandır. Bizim həm güclü inkişaf etməkdə olan dövlətimiz, həm də mehriban insanlarımız var. Biz Avropa Oyunlarına qatılanların Azərbaycanın gözəl məkan və güclü dövlət olduğunu görəcəklərinə əminik".

Bütün xəbərlər Facebook səhifəmizdə