2014/2015 mövsümündə Türkiyə superliqasını tərk edən klublar müəyyənləşib. "Kayseri Ərciyəsspor"un ardından "Balıkesirspor" və "Karabükspor" da superliqa ilə vidalaşıb.
Bu, 32-ci turda "Rizəspor"un evdə "Akhisar"ı 3:1 hesabı ilə məğlub etməsindən sonra rəsmiləşib. Turnir cədvəlində ən yaxın izləyicisi "Balıkesirspor"u 8 xal qabaqlayan Rizə təmsilçisi qarşıdakı son iki turda məğlub olsa belə, superliqada qalacaq.
Qeyd edək ki, növbəti mövsüm Türkiyə PTT birinci liqasından superliqaya yüksələn iki komanda artıq bəllidir. Bunlar millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" və "Osmanlıspor" klublarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB