İspaniya La Liqasının son turunda səfərdə Madrid "Atletiko"sunu 1:0 hesabı ilə məğlub edən "Barselona" tarixində 23-cü dəfə ölkə çempionluğunu qazanıb.
Bu uğur Kataloniya klubunun ulduz futbolçusu Lionel Messi üçün karyerasında 24-cü titul olub.
Bununla da, 27 yaşlı futbolçu daha 2 titul əldə etməklə Madrid "Real"ının əfsanəsi Alfredo Di Stefanonu (25) keçərək tarixdə ən titullu argetinalı ola bilər.
Messi bu mövsümün sonunda artıq ilk pilləyə yüksələ bilər. "Barselona"nı qarşıda İspaniya Kuboku və Çempionlar Liqası finalı gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB