Moldova yığması da Bakıya gəlir

Birinci Avropa Oyunlarında iştirak edəcək komandanın tərkibi genişlənib
Moldova yığması da Bakıya gəlir

Bakıda birinci Avropa Oyunlarının başlanmasına bir aydan az vaxt qaldığı müddətdə Moldova Respublikasının (MR) nümayəndə heyətinə daha üç cüdoçu qatılıb. Xəbəri AZƏRTAC http://www.moldova.sports.md/ portalına istinadla yayıb.

Ötən il Avropa çempionatlarında və beynəlxalq turnirlərdə çıxışlarının yekunlarına görə Valeri Duminikeyə, Artyom Nakuya, habelə Kristina Budeskuya birinci Avropa Oyunlarında iştirak etmək üçün kvotalar verilib.

Valeri Duminike cüdo həvəskarlarına yaxşı tanışdır. Əməkdar məşqçilər İleye və Mixay Buyukun yetirməsi olan V.Duminike "Petrokub" (Xınçeştı) idman klubunu təmsil edir, Moldova cüdoçuları arasında 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvota qazanılmasına əsas namizəd sayılır.

Moldovalı cüdoçular "Bakı-2015" Avropa Oyunlarından əvvəl iki iri beynəlxalq turnirdə - mayın 30-31-də Buxarestdə "World Cup" və iyunun 13-14-də Budapeştdə "GrandPrix" turnirlərində çıxış edəcəklər.

Bakıda birinci Avropa Oyunlarında Moldovanın 85 atleti iştirak edəcək. Onlar yüngül atletika, kamandan oxatma, güləşin üç növündə, boks, kanoe, velosiped idmanı, atıcılıq, üzgüçülük, WTB taekvondo, sambo və cüdo üzrə turnirlərdə yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə