"Bakı-2015" ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində gimnastika üzrə zona yarışı keçirilib. İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində keçirilən yarışda Təhsil Nazirliyinin, Azərbaycan Gimnastika Federasiyasının, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində bildirilib ki, yarışa Bakı şəhərinin rayonları üzrə 2000-2006-cı il təvəllüdlü 100 gimnast qatılıb.
Təhsil Nazirliyinin rəsmi nümayəndəsi Hilal Salmanov və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin tədris hissə müdiri Adıgözəl Rəcəbov məktəbliləri salamlayaraq, onlara təhsillərində uğurlar, seçdikləri idman növlərində müvəffəqiyyətlər arzulayıblar.
Qeyd edək ki, ilk Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB