"Bakı-2015"in daha bir test yarışı yekunlaşıb

"Bakı-2015"in daha bir test yarışı yekunlaşıb

Bakıda "Crystal Hall"da I Avropa Oyunlarının karate üzrə test yarışları başa çatıb. SİA-nın məlumatına görə, yarışda idmançılarımızla yanaşı, təlim-məşq toplanışına gələn Kanada yığmasının üzvləri də iştirak ediblər.

Yarışları Dünya Karate Federasiyasının (WKF) Təşkilat Komissiyasının sədri Esteban Peres, Avropa Karate Federasiyasının Hakimlər Komissiyasının sədri Primoz Debenak və "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri idarə ediblər.

Könüllülərin və Təşkilat Komitəsinin işi yüksək qiymətləndirilib. İdmançıların yarış zalına uyğunlaşmasının onların I Avropa Oyunlarında nəticələrinə müsbət təsir göstərəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə