AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
16 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXXIV turunun "Qarabağ" – "Sumqayıt" matçı başa çatdıqdan sonra "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).
15 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun "Qarabağ" – "Sumqayıt" matçının 57-ci dəqiqəsində "Qarabağ" klubunun məşqçisi Aftandil Hacıyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 62).
15 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun "Xəzər Lənkəran" – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
14 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun "Simurq" – "Bakı" matçında "Bakı" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 2500 manat cərimə olunur (maddə 56).
14 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun "Zirə" – "Neftçala" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 82-ci dəqiqəsində "Zirə" klubunun 92 №-li futbolçusu Bəhram Bəhramzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1). Oyunun 90+4-cü dəqiqəsində "Zirə" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52.1).
14 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun "Şuşa Qarabağ" – "Kəpəz" matçında "Şuşa Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyun bitdikdən sonra "Şuşa Qarabağ" klubunun baş məşqçisi Nadir Qasımov meydançaya daxil olaraq geniş kütlə qarşısında hakimlər briqadasına qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 2000 manat cərimə olunur (maddə 81) (maddə 10).
15 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun "Mil-Muğan" – "Rəvan" matçında "Mil-Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 85-ci dəqiqəsində "Rəvan" klubunun 25 №-li futbolçusu Tural Nərimanov və "Mil-Muğan" klubunun 5 №-li futbolçusu Samir Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanır, klublar 20 manat cərimə olunur (maddə 48).
"Rəvan" klubunun 25 №-li futbolçusu Tural Nərimanov qırmızı vərəqə alaraq meydanı tərk edərkən rəqibə qarşı təhqir edici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1). Oyunun 78-ci dəqiqəsində "Mil-Muğan" klubunun baş məşqçisi Xaliq Mustafayevin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
13 may 2015-ci il U-19 Liqasının "Qarabağ" – "Sumqayıt" matçının 55-ci dəqiqəsində "Qarabağ" klubunun 9 №-li futbolçusu Elvin Nəsibov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
13 may 2015-ci il U-19 Liqasının "Bakı" – AZAL matçının 83-cü dəqiqəsində AZAL klubunun 9 №-li futbolçusu Murad Quluzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 may 2015-ci il U-19 Liqasının "Simurq" – "Bakı" matçında "Bakı" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
11 may 2015-ci il Bakcell U-17 Liqasının "Neftçi PFK" – "Neftçi İK İB" matçının 39-cu dəqiqəsində "Neftçi PFK" klubunun 88 №-li futbolçusu Şöhrət Yusifov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 83-cü dəqiqəsində "Neftçi PFK" klubunun 9 №-li futbolçusu Sərxan Əhmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
"Neftçi İK İB" klubun heyətində 10 №-li futbolçusu Elşad Kazımov turu buraxmalı olduğu halda meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
11 may 2015-ci il Bakcell U-17 Liqasının "Sumqayıt" – "Qəbələ" matçının 40-cı dəqiqəsində "Qəbələ" klubunun 14 №-li futbolçusu Nəriman Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 65-ci dəqiqəsində "Sumqayıt" klubunun 17 №-li futbolçusu Tural Fətdayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
"Sumqayıt" klubun heyətində 3 №-li futbolçu Murad Məmmədxanov turu buraxmalı olduğu halda meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
14 may 2015-ci il U-16 Liqasının "Qəbələ" – "Neftçi" PFK matçında "Qəbələ" klubunun heyətində 3 №-li futbolçu Murad Qayalı və 4 №-li futbolçu Akşin Hüseynov hakimə qarşı fiziki təsir göstərdiklərinə görə hər iki futbolçu 10 oyunluq cəzalanır (maddə 38.6).
14 may 2015-ci il U-16 Liqasının "Turan Tovuz" – "Bakı" matçında "Bakı" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
14 may 2015-ci il U-16 Liqasının "Xəzər Lənkəran" – "Simurq" matçında "Simurq" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
12 may 2015-ci il U-15 Liqasının AZAL – "Neftçi" PFK matçının 65-ci dəqiqəsində "Neftçi" klubunun 13 №-li futbolçusu Elton Əlibəyli aqressiv hərəkətə görə qırmızı alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).
12 may 2015-ci il U-15 Liqasının "Vətən" – "Simurq" matçında "Simurq" klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
17 may 2015-ci il futzal üzrə Azərbaycan kubokunun "Neftçi" – "Fənər" FK matçının 30-cu dəqiqəsində "Fənər" FK klubunun 19 №-li futbolçusu Roberto Pessoa aqressiv hərəkət – rəqibi bilərəkdən əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
10 may 2015-ci il Azərbaycan həvəskarlar üzrə XVII ölkə birinciliyinin "Şərur" – "Qubadlı" matçının 45-ci dəqiqəsində "Qubadlı" klubunun 10 №-li futbolçusu Zamiq Vəliyev, 22 №-li futbolçusu Surət Qalayev, "Şərur" klubunun 1 №-li futbolçusu Babək Allahverdiyev, 13 №-li futbolçusu Roman Ramazanov dava-dalaşda iştirak etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu 5 oyun cəzalanır (maddə 39.1). Oyunun 79-cu dəqiqəsində "Qubadlı" klubunun 20 №-li futbolçusu Samir Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB