Boksçumuz dünya birinciliyində 1/8 finala vəsiqə qazanıb

Boksçumuz dünya birinciliyində 1/8 finala vəsiqə qazanıb

Çin Xalq Respublikasının Taypey şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə dünya birinciliyinə start verilib. SİA-nın məlumatına görə, yarışda ölkəmizi məşqçi İlham Alimcanovun rəhbərliyi altında 3 boksçu təmsil edir. Turnirin ilk günündə 51 kq çəki dərəcəsində mübarizə aparan Viktoriya İsmayılova rinqə çıxıb. Boksçumuz rusiyalı Qeluisa Qaliyevaya uduzaraq, yarışdan kənar qalıb - 0:3.

Aliyə Vəlizadə isə (54 kq) ilk görüşdə qələbə qazanıb. Milli komandamızın üzvü almaniyalı Mendi Berqi məğlub edib - 3:0. Həmyerlimiz 1/8 finalda irlandiyalı Nataşa Loqanla üz-üzə gələcək. Qeyd edək ki, yarışa mayın 23-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə