Azərbaycan batutçuları “Frivolten Cup” yarışında 3 medal qazanıblar FOTOLAR

Azərbaycan batutçuları “Frivolten Cup” yarışında 3 medal qazanıblar FOTOLAR

İsveçin Qeteborq şəhərində batut gimnastikası üzrə "Frivolten Cup" adlı beynəlxalq turnir yekunlaşıb. SİA-nın məlumatına görə, Azərbaycan idmançıları bu yarışda uğurla çıxış edərək, 3 medal qazanıblar. İdmançımız Dmitriy Fedorovskiy ikili minitrampda bürünc medal əldə edib. O, həmçinin fərdi yarışda fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qadınlar arasında fərdi yarışda isə Sabina Zaytseva öz çıxışını səhvsiz yerinə yetirərək, Azərbaycan yığmasının hesabına 1 gümüş medal qazandırıb.

Paralel olaraq, İsveçrənin Cenevrə şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu iştirak edib. Azərbaycan gimnastları finala yüksələrək, 5-ci yerdə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə