"Neftçi" PFK-nın U-13 komandası Coca-Cola U-13 Liqasının qalibi olub. SİA-nın məlumatına görə, final mərhələsində TİM (Gəncə), "Vətən" və "Bakı" klublarını məğlub edən baş məşqçi Eldəniz Məmmədovun yetirmələri həlledici oyunda "Xəzər Lənkəran"a 3:1 hesabı ilə qalib gələrərk qızıl medallara layiq görülüblər. "Neftçi"nin qollarına Ziya Məmmədli, Nihat Fərəcli və Musa Qurbanlı imza atıblar.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü Mübariz Zeynalov, klubun idman direktoru Vəli Qasımov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, futbol veteranı Rüstəm Rəhimov və Coca-Cola şirkətinin nümayəndəsi Elşad Fərzəliyev təqdim ediblər. "Neftçi" PFK-nın üzvü Ziya Məmmədli Coca-Cola U-13 Liqasının ən yaxşı futbolçusu seçilib. Klubun digər futbolçusu Musa Qurbanlı isə 41 qolla liqanın bombardiri olub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB