Azərbaycan Premyer Liqasının XXXIV turuna Zaqatalada start verilib. SİA-nın məlumatına görə, açılış oyununda "Simurq" "Bakı"nı 4:0 hesabı ilə məğlub edib. Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib.
İbrahim Uzunca ("Bakı"nın baş məşqçisi): "Öz səhvlərimizdən qollar buraxdıq. Çempionatın sonudur. Oyunçularım həvəssiz mübarizə apardılar. Onlara indiki vəziyyətdə narazılıq bildirmək bizə yaraşmaz. Qarşıdakı iki oyunu ən layiqli şəkildə keçirirməyi düşünürük".
George Çixradze ("Simurq"un baş məşqçisi): "Cari mövsümdə sonuncu ev oyunumuza çıxdıq. Düşünürəm ki, yaxşı futbol sərgilədik. Amma ümumi vəziyyətə baxanda çox təəssüflənirəm. Biz bu qələbə ilə azarkeşlərimizə təşəkkür etdik. Bu oyuna qədər bir neçə futbolçu düşərgəni tərk etmişdi. Oyundan sonra da bir çox futbolçular gedəcək. Yaxşı komandamız vardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB