Paralimpiyaçılarımızın uğurlu çıxışlarını

Paralimpiyaçılarımızın uğurlu çıxışlarını

Koreya Respublikasının paytaxtı Seulda paralimpiyaçılar arasında keçirilən IBSA dünya oyunlarında Azərbaycan milli komandası uğurlu çıxışını davam etdirir. Ölkəmizi yarışlarda paralimpiya üzrə millı yığmamız idmanın atletika, cüdo və üzgüçülük növlərində təmsil edir.

Azərbaycan millisinin beynəlxalq dərəcəli məşqçisi Ceyhun Hüseynov AZƏRTAC-a bildirilib ki, yarışlarda idmanın atletika üzrə uzunluğa tullanma növündə Kamil Əliyev qızıl medal qazanıb. Atetikanın 400 metrə qaçış üzrə növündə Elmir Cəbrayılov qızıl, nizəatma növündə isə Vladimir Zayets gümüş medallar qazanıblar. Digər qrupda uzunluğa tullanma növündə Elçin Muradov qızıl medala layiq görülüb. Atletika üzrə millimiz estafet yarışında gümüş medal qazanıb.

Cüdo yarışlarında Afaq Sultanova 57 kq çəki dərəcəsində bürünc medal qazanıb. Ümumilikdə, Azərbaycan millisi 5 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə