"Bakı-2015"də 1,5 min rusiyalı könüllü işləyəcək

"Bakı-2015"də 1,5 min rusiyalı könüllü işləyəcək

Bakıda I Avropa Oyunlarında 1,5 min rusiyalı könüllü işləyəcək. SİA-nın məlumatına görə, bu barədə TASS agentliyinə "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsindən məlumat veriblər. Təşkilat Komitəsinin nümayəndəsi Gülnaz Quliyeva bildirib: "Biz könüllüləri alovu qoruyanlar adlandırırıq. 1503 alovu qoruyan Rusiyanı təmsil edir. Rusiya iştirakçılarının sayına görə yalnız Azərbaycandan geri qalır".

Bakı Oyunlarında cəmi 12.500 könüllü işləyəcək. Azərbaycanlılar və rusiyalılar ilə bərabər, Böyük Britaniya, İtaliya, Gürcüstan və bir sıra digər ölkələrin vətəndaşları da Avropa Oyunlarında könüllü olacaqlar".

TASS G.Quliyevanın bu sözlərini sitat gətirib: "Alovu qoruyanlar tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının təşkilində əsas rol oynayacaqlar. Vaxtlarını Bakıdakı Oyunların dəstəklənməsinə sərf etdiklərinə görə biz onlara çox minnətdarıq". // AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə