"Bakı-2015"də iştirak edəcək heyət müəyyənləşir FOTOLAR

"Bakı-2015"də iştirak edəcək heyət müəyyənləşir FOTOLAR

Xızıda velosiped idmanının şosse növü üzrə Azərbaycan çempionatına start verilib. SİA-nın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda yığma komandalarımızın, o cümlədən "Synergy Baku Cycling Project" klubunun bütün azərbaycanlı üzvləri iştirak edir. Yarışın keçirilməsində əsas məqsəd "Bakı-2015" ilk Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirməkdir.

İlk yarış günündə iştirakçılar fərdi ötüşmədə mübarizə aparıblar. Bu gün isə qrup yarışları keçiriləcək və mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. UCİ təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili "Bakı-2015" ilk Avropa Oyunları ilə əlaqədardır. Belə ki, iyunda ölkəmiz mötəbər yarışa ev sahibliyi edəcəyindən, beynəlxalq federasiya Azərbaycan çempionatının mayın ortalarında keçirilməsinə razılıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə