Dünya basketbolunun ən yüksək sıralarındayıq. Hədəfimiz ilk Avropa Oyunlarının qızıl medalını qazanmaqdır. Bu sözləri "Bakı-2015" birinci Avropa Oyunlarının beynəlxalq idman elçisi, basketbol 3x3 üzrə Serbiya millisinin üzvü Marko Zdero deyib.
M.Zdero bildirib ki, Olimpiya Oyunlarının proqramına daxil olmayan basketbol 3x3 üzrə ilk dəfə birinci Avropa Oyunlarında yarışlar keçiriləcək. Komandamız öz parlaq nəticələri ilə dünyanın ən məşhur basketbol kollektivlərindəndir.
Marko Zdero Belqrad və Novi Sadda keçirilən yarışlarda hələ uşaq ikən iştirak etməyə başlayıb. Onun ən yaddaqalan uğuru 2012-ci ildə dünya çempionatının qalibi olmasıdır.
"Bu idmanla bağlı hədəflərin nədir?" sualına basketbolçu belə cavab verib: "Biz artıq iki ildir ki, əla nəticələr göstəririk və dünya basketbolunun ən yüksək sıralarındayıq. Məqsədimiz bu uğuru bacardığımız qədər qoruyub saxlamaqdır".
Marko Zdero deyib: "Bakı-2015"in iştirakçısı olmaq gözəl şansdır. Çünki bu, məhz birinci Avropa Oyunlarıdır. Həyatda həsəd apardığım insan nənəmdir. Bütün həyatını yüksək enerji ilə yaşayıb və 80 yaşı olmasına baxmayaraq, çox gümrahdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB