Albaniya Milli Olimpiya Komitəsinin rəsmi saytında bu ölkəni "Bakı-2015" ilk Avropa Oyunlarında təmsil edəcək idmançılar haqqında məlumatlar yerləşdirilib. Saytda, həmçinin Bakıda mübarizə aparacaq idmançıların məşqçiləri haqqında da yazılar verilib. İnternet resursunda idmançıların və məşqçilərin şəkillərindən, həmçinin ilk Avropa Oyunlarının brendindən və talismanlarının şəkillərindən istifadə olunaraq xüsusi post-kartlar hazırlanıb.
Saytda ilk Avropa Oyunlarının loqosu yerləşdirilib və "Bakı-2015" rəsmi veb-səhifəsinə keçid təmin olunub.
Albaniya idmançıları ilk Avropa Oyunlarında atıcılıq, taekvondo, güləş, cüdo, velosiped, karate, üzgüçülük, boks və atletika yarışlarında mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB