Marina Nekrasova: “Bakı-2015” mənim üçün böyük məsuliyyət olacaq" MÜSAHİBƏ

Marina Nekrasova: “Bakı-2015” mənim üçün böyük məsuliyyət olacaq" MÜSAHİBƏ

"Bakı-2015" Avropa Oyunlarının başlamasına bir aydan az vaxt qalıb. Oyunlarda 20 idman növü üzrə (16-sı olimpiya və 4-ü qeyri-olimpiya) yarışlar keçiriləcək. Avropanın hər yerindən 6000-dən çox idmançı Bakıda 17 yarış günü ərzində öz ölkələrini təmsil edəcəklər.

I Avropa Oyunlarında digər gimnastika növləri ilə yanaşı, bütün dünyada sevilən qadın idman gimnastikası da təmsil olunacaq. Azərbaycanda bu idman növü yaxın keçmişdə - 2013-cü ilin sonlarında inkişaf etdirilməyə başlanılıb. Anna Pavlova və Marina Nekrasova isə Azərbaycanı beynəlxalq arenada təmsil edən ilk gimnastlar olublar.

Ənənəyə sadiq qalaraq, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ölkəmizin şərəfini qoruyacaq Marina Nekrasova ilə həmsöhbət olub. SİA idmançının müsahibəsini təqdim edir:

- Gimnastikaya gəlişiniz haqda danışardınız. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

- Bu çoxdan olub. 3 yaşım olanda valideynlərim məni gimnastikaya gətirib. O yaşda mən çox şeyi seçə bilmirdim. Ona görə də bu, valideynlərimin seçimi idi. İllər ötdükcə bu idman növünün necə gözəl və qeyri-adi olduğunu anladım.

- Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?

- Yoxlamaq olardı, amma gimnastikadan gedə bilmərəm.

- Yarış günü emosiyalarınızla bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?

- Yarış meydançasına öz həyəcanımı çıxarmamağı çalışıram. Onlarla evdə mübarizə aparıram.

- Sizcə, hər-hansı idman növündə vacib olan nədir?

- Ən əsası öz idman növünə qarşı istəkli, əzmli və səbrli olmaqdır.

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu, idman növündən asılıdır?

- Əlbəttə, idman növündən çox şey asılıdır. Ən əsası isə məşqlərə düşüncə ilə yanaşmaqdır.

- İdmanda kumiriniz var?

- Heç kimi xüsusi qeyd etmirəm, amma hörmət etdiyim çox idmançı var.

- Yaxın gələcək üçün idman planlarından danışardınız...

- Yaxın gələcək üçün planlarım Dünya Kuboku və Avropa Oyunlarıdır. Əlbəttə, bir neçə yarış da var, amma onlar haqqında hələ düşünmürəm.

- "Bakı-2015" Avropa Oyunları sizin üçün nə kəsb edir və siz ona necə hazırlaşırsınız?

- I Avropa Oyunları məni idmana qaytaran məqsəddir. "Bakı-2015" Avropa Oyunları mənim üçün böyük məsuliyyət olacaq. Ona görə də yaxşı nəticə əldə etmək üçün hazırlıqlara bütün gücümü sərf edirəm.

- Reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?

- Mənim arzum, Olimpiya Oyunlarına düşməkdir.

- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsənizmi?

- Alınır. İstək olduqda hər şey mümkündür (gülür).

- Ailəniz haqqında danışardınız...

- Böyük və dostcanlı ailəm var. Sevdiklərim mənə görə narahat olurlar və hər gün dəstəkləyirlər.

- Sevdiyiniz şəxs varmı?

- Sevdiyin şəxsi gizlətmək çox çətindir, əgər varsa, hamı ondan xəbər tutur.

- Adətən azarkeşlər tribunlardan sizi necə dəstəkləyirlər?

- Adətən yarışlarda diqqətimi çıxışıma yönəldirəm. Azarkeşlər nə qışqırdıqlarını özləri bilirlər (gülür).

- Siz onlardan nə eşitmək istərdiniz?

- Dəstəklədiklərinə görə çox sağolsunlar. Azarkeşlərsiz adrenalin qaynamır! Azarkeşlər mənim çıxışımın bir hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə