“Barselona”nın finalda rəqibi "Yuventus" oldu

“Barselona”nın finalda rəqibi "Yuventus" oldu

Futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində Madrid "Real"ı "Yuventus"u qəbul edib. SİA-nın məlumatına görə, oyunda qapılara 2 qol vurulub. Komandaların hərəsi bir dəfə fərqlənib və 1:1 hesablı heç-heçə qeydə alınıb. İlk oyunda 2:1 hesabı ilə qalib gələn "Yuventus" finala vəsiqə qazanıb. "Yuventus" finalda "Barselona" ilə qarşılaşacaq.

13 may
Çempionlar Liqası

Yarımfinal mərhələsinin cavab oyunları

"Real" - "Yuventus" 1:1
Qollar: Ronaldo, 23-pen. (1:0), Morata, 58 (1:1)
İlk oyun: (1:2)

12 may
"Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) 3:2

Qollar:Benatia, 7 (1:0), Neymar, 15 (1:1), 22 (1:2), Levandovski, 59 (2:2), Müller, 74 (3:2
(İlk oyun - 0:3)

Bütün xəbərlər Facebook səhifəmizdə