Stolüstü tennis üzrə TOP-12 reytinq turniri keçirilib

Stolüstü tennis üzrə TOP-12 reytinq turniri keçirilib

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Şüa" İdman Sağlamlıq Kompleksində böyüklər arasında stolüstü tennis üzrə TOP–12 reytinq turnirinə start verilib. Federasiyadan bildiriblər ki, yarışın keçirilməsində məqsəd idmanın bu növü üzrə ən güclü altı (3 oğlan və 3 qız) idmançını müəyyən etmək, eləcə də respublikada stolüstü tennisi inkişaf etdirmək, gənclərin bu sahəyə marağını artırmaqdır.

Beynəlxalq stolüstü tennis qaydalarına uyğun və şəxsi formatda keçirilən turnirə mayın 15-də yekun vurulacaq.

Qalib idmançılar Federasiyanın diplomları ilə təltif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə