Ülvi Quliyev: “Bakı-2015” Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək"
"I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox böyük idman hadisəsidir". Bu sözləri SİA-ya açıqlamasında dünya və Avropa çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev deyib. Cəmiyyətimizin "Bakı-2015" Avropa Oyunlarına yüksək əhval-ruhiyyə ilə hazırlaşdığını qeyd edən millət vəkili "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin bütün hazırlıq işlərini yüksək səviyyədə yerinə yetirdiyini bildirib.
Ü. Quliyev bütün Azərbaycan vətəndaşlarının Oyunların yüksək səviyyədə keçirilməsi üçün həmrəy olduqlarını vurğulayıb: "Hər kəs şahid olacaq ki, "Bakı-2015" Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək. Bəzi qüvvələr Azərbaycanın uğurlarını istəmirlər. Onlar qaryaxma kampaniyaları keçirərək, ölkəmizin uğurlarına kölgə salmaq niyyətindədirlər. Amma bu, mümkün deyil. Hər kəs prosesləri izləyir. Bütün Azərbaycan vətəndaşları və dünya belə kampaniyaların əsassız olduğunu bilir. Belə hallar ölkəmizdə "Avroviziya" mahnı müsabiqəsi keçirilən zaman da baş vermişdi. Azərbaycan uğurlar əldə edəndə bəzi qüvvələr işə düşürlər və qarayaxmalara başlayırlar. Ancaq müstəqil Azərbaycana qarşı belə qarayaxmalarla heç nə əldə edə bilməyəcəklər. "Bakı-2015" I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və inanıram ki, Azərbaycan idmançıları da yüksək nəticələrlə xalqımızı sevindirəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB