Ronaldu kraliyyəti TƏRK EDİR

"Real" klubunun forvardı Kriştianu Ronaldu kraliyyət klubunu tərk edəcək. SİA xəbər verir ki, bu barədə "sun sport"saytı məlumat yayıb. Belə ki, sayta yaxın mənbə sözügedən məsələ ilə bağlı açıqlamasında deyib ki, portuqaliyalı futbolçu qərarını həftənin sonuna qədər verəcək.

Xatırladaq ki, Real klubunun keçmiş oyunçusu Auqistin Rodriqes də açıqlamasında bildirmişdi ki, kral klubunun iki aparıcı futbolçusu – forvard Kriştianu Ronaldu və qapıçı Kassiliyas uzağı yay aylarında komandanın sıralarını tərk edəcəklər.

Hələlik isə Ronaldunun futbolçu karyerasının hansı klubda davam etdirəcəyi barədə heç nə deyilmir. Lakin bir neçə tanınmış futbol klubu Ronalduya elçi düşüb. Bunlar İngiltərənin Mançester Yunayted, Mançester Siti və Fransanın Pari-Sen-Jermen klublarıdır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə