Çempionlar Liqasının finalçısı - "Barselona"

Çempionlar Liqasının finalçısı - "Barselona"

Bu gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. SİA-nın verdiyi məlumata görə, baş tutan bir oyunla ilk finalçı müəyyənləşib. Almaniyada "Bavariya" "Barselona"nı qəbul edib. Səfərdə "Barselona"ya 0:3 hesabı ilə uduzan "Bavariya" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Pep Qvardiolanın komandası 3:2 hesablı qələbə qazansa da, bu nəticə kataloniyalıları finala yüksəldib.

Qeyd edək ki, digər yarımfinal cütündə "Real" və "Yuventus" komandaları üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən oyunda "Yuventus" qələbə qazanıb - 2:1.



12 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

"Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:2
Qol:Benatia, 7 (1:0), Neymar, 15 (1:1), 22 (1:2), Levandovski, 59 (2:2), Müller, 74 (3:2
(İlk oyun - 0:3)

13 may

23:45. "Real" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)
(İlk oyun - 1:2)

Bütün xəbərlər Facebook səhifəmizdə