Lənkəranda şahmat birinciliyi başa çatdı

Lənkəranda şahmat birinciliyi başa çatdı

Lənkəran şəhərindəki Şahmat Məktəbində 9 may-Qələbə Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə qızlar və oğlanlar arasında şahmat üzrə keçirilən rayon birinciliyi başa çatıb. İsveçrə sistemi üzrə keçirilən birincilikdə 24 qız və 75 oğlan iki qrupda qalib adı uğrunda mübarizə aparıb. 19 zəka sahibi "A" qrupunda, 80 məktəbli şahmatçı isə "B" qrupunda güclərini sınayıb.

Üç gün və 9 turda davam edən yarışların yekununda normativləri yerinə yetirən şahmatçılara müvafiq idman dərəcələri və diplomlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə