İspaniya Bakıya 11 güləşçi göndərir

İspaniya Bakıya 11 güləşçi göndərir

İspaniyanı "Bakı-2015" ilk Avropa Oyunlarında 11 güləşçi təmsil edəcək. İspaniya Güləş Federasiyasının saytı xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışlarda yunan-Roma güləşçilərinin mübarizəsində İsmael Navarro (66 kq), Rikardo Gil (75 kq) və Pedro Qarsiya (85 kq) xalça üzərinə çıxacaqlar.

Sərbəst güləşçilərin yarışında Levan Metreveli (57 kq), Yunier Castillo (65 kq), Alberto Martinez (74 kq), Teymuraz Friyev (86 kq) və Jose Kuba (125 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qadınların yarışında İspaniyanı Yevgeniya Busdabad (48 kq), Karima Sançez (53 kq) və Maider Unda (75 kq) təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə