EUBC-in prezidenti Süleyman Mikayılova məktub göndərib

EUBC-in prezidenti Süleyman Mikayılova məktub göndərib

Avropa Boks Konfederasiyasının (EUBC) prezidenti Franko Falçinelli Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılova məktub göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: "Siz AİBA və EUBC komissiyalarında Avropa boksunun inkişafı üçün böyük işlər görmüsünüz. Bundan sonra EUBC nizamnaməsinin 38-ci bəndinə uyğun olaraq, Avropa Boks Konfederasiyasının büro üzvü üzvü kimi fəaliyyət göstərəcəksiniz. Əminəm ki, siz bu işin öhdəsindən uğurla gələrək, Avropa boksunun inkişafı üçün əlinizdən gələni edəcəksiniz".

Xatırladaq ki, Süleyman Mikayılov ötən ay İtaliyanın Assizi şəhərində keçirilən toplantıda Avropa Boks Konfederasiyasının büro üzvü seçilib. S. Mikayılov eyni zamanda, AİBA İcraiyyə Komitəsində də ölkəmizi təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə