Heydər Əliyev adına İdman Sarayı I Avropa Oyunlarını gözləyir VİDEO

Heydər Əliyev adına İdman Sarayı I Avropa Oyunlarını gözləyir VİDEO

"Bakı-2015" Avropa Oyunları zamanı güləş, sambo və cüdo yarışları Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq. SİA-nın məlumatına görə, arena artıq yarışlara tam hazır vəziyyətə gətirilib. Burada əsas yarış zalı ilə yanaşı, sahəsi 1500 kvadratmetr olan isinmə zalı da fəaliyyət göstərir. İsinmə zalının yanında isə soyunub-geyinmə otaqları və saunalar inşa olunub. Zalda xüsusi masaj stolları quraşdırılıb. İsinmə zalında 4, yarışların keçiriləcəyi əsas zalda isə 3 döşək yerləşdirilib. Arena 7700 tamaşaçı tutumuna malikdir. Burada medianın fəaliyyəti üçün xüsusi oturacaqlar quraşdırılıb. İdman obyekti WİFİ ilə təmin olunub.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Obyektlərin idarə olunması şöbəsinin mütəxəssisi İlkin Babayev bildirib ki, Heydər Əliyev adına İdman Sarayında I Avropa Oyunları zamanı güləş üzrə yarışlar 13-18 iyun, sambo üzrə 22 iyun, cüdo üzrə 25-28 iyunda təşkil olunacaq. Onun sözlərinə görə, yarışlarda güləş üzrə 480, sambo üzrə 77 idmançı mübarizə aparacaq. Mütəxəssis qeyd edib ki, cüdo üzrə yarışacaq idmançıların sayı hələ dəqiqləşməyib: "Londonda cüdo üzrə keçirilməli olan Avropa çemponatı ləğv olunub. "Rio-2016"ya kvalifikasiya verən yeganə yarış "Bakı-2015" I Avropa Oyunları olacaq. Ona görə I Avropa Oyunlarında cüdo üzrə neçə idmançının mübarizə aparacağı hələ ki, müəyyənləşməyib. Arenada oturacaqların sayı 7700 olsa da, standartlara uyğun olaraq güləş və sambo yarışlarının hər birində 5 min, cüdo yarışlarında isə 4 min azarkeşin qəbulu nəzərdə tutulub. Oyunlar zamanı məşqlər "Excelsior" oteldə keçiriləcək

Qeyd edim ki, Heydər Əliyev adına İdman Sarayı 1977-ci ildə inşa olunub. Arena 2012 və 2015-ci illərdə rekonstruksiya olunub. İdman obyekti bu ilin fevral ayından hazırdır. Mart ayında isə bütün müvəqqəti qurğular da inşa olunub. Burada aprelin 16-19-da güləş üzrə test yarışı keçirilib. Yarışlar çox yüksək səviyyədə təşkil olunub və arenanın "Bakı-2015"ə tam hazır olduğu bir daha müəyyənləşib".

Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə