“Cim-Bom”lulara şad xəbər

İsveç millisinin üzvü: "İbrahimoviç həmişə məndən Türkiyəni və İstanbulu soruşur”
“Cim-Bom”lulara şad xəbər

İsveç millisinin üzvü, türk əsilli futbolçu Erkan Zengin "Qalatasaray" azarkeşlərini xeyli sevindirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, E. Zengin mətbuata açıqlamasında deyib ki, İsveç millisinin üzvü, Fransanın PSJ klubunun super forvardı Zlatan İbrahimovic kariyerasını "Qalatasaray"da davam etdirə bilər: "İbrahimoviç həmişə məndən Türkiyəni və İstanbulu soruşur. Karyerasında belə bir dəyişikliyi mütləq istəyər".

Qeyd edək ki, İbrahimoviçin meneceri mətbuata açıqlamasında "sarı-qırmızılı" klubla danışıqlar apardıqlarını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə