"Sərhədçi" İdman Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, yarışın sonuncu günündə 90, 100 və 100 kq-dan yuxarı kişi, 78 və 78 kq-dan yuxarı qadın cüdoçular tatami üzərinə çıxıblar.
Turnirdə 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elmar Qasımov ABŞ idmançısı Ayaks Tadehara, israilli Peter Paltçiki və portuqaliyalı Jorge Fonsecaya qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rusiyalı cüdoçu Adlan Bisultanova məğlub olan E.Qasımov gümüş medalla kifayətlənib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Maşu Baker (90 kq, Yaponiya), Barna Bor (100 kq-dan yuxarı, Macarıstan), Quusye Stinhuis (78 kq, Hollandiya) və Svetlana Yaromka (78 kq-dan yuxar, Ukrayna) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Əlli ölkədən 383 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan millisi ümumlikdə 2 qızıl və 1 gümüş medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB