Bakıda “Alovqoruyanlar"ın yürüşü keçirildi FOTOLAR

Bakıda “Alovqoruyanlar"ın yürüşü keçirildi FOTOLAR

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Könüllülərlə İş Departamenti "Alovqoruyanlar"ın yürüşünü təşkil edib. SİA-nın məlumatına görə, könüllülərin qatıldığı yürüşə Dəniz Vağzalının ətrafından start verilib və Dənizkənarı Bulvarla davam edib. Yarışın finiş nöqtəsi isə Yeni Bulvardakı attraksion-panoramın qarşısı olub.

İlk yeri tutan könüllüyə kubok və I Avropa Oyunlarının açılış mərsiminə biletlər, ikinci və üçüncü yerin sahiblərinə isə kubok və "Nar Mobile" şirkətindən qiymətli hədiyyələr təqdim olunub.

Daha sonra könüllülər arasında müxtəlif viktorinalar keçirilib və tədbir müsiqi sədaları ilə davam edib.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Könüllülərlə İş Departamentinin mütəxəssisi Vüsal Bəkirov qeyd edib ki, bu yürüş könüllülər üçün təşkil edilən son tədbirdir. Onun sözlərinə görə, yürüşün məqsədi könüllülərin və ölkəmizin "Bakı-2015" Avropa Oyunlarına hazırlığını nümayiş etdirməkdir. Mütəxəssis yürüşə böyük maraq olduğunu bildirib.

Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunları iyun ayının 12-dən 28-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə