Qısa zamanda Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək. Oyunlara 50-yə qədər ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının qatılacağı gözlənilir. SİA millət vəkillərinin Azərbaycanın bu cür yarışlara ev sahibliyi etməsi, oyunların Azərbaycan üçün mümkün nəticələri və azarkeşlik edib-etməyəcəkləri, eyni zamanda hansı idman növü ilə maraqlandıqları ilə bağlı fikirlərini oxuculara təqdim edir:

Millət vəkili Fərəc Quliyev qeyd edir ki, I Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsinə görə hamımız qürur duymalıyıq: "Azərbaycanda çox mötəbər bir yarış keçiriləcək. Siyasi yanaşma başqadır, mən bir vətəndaş kimi qürur duyuram ki, ilk Avropa Oyunları Azərbaycanda keçirilir. Bu hamımıza qürur verməlidir. Mən sambo üzrə idman ustasıyam. Buna görə də, idmanın bütün növlərinə marağım var. Amma güləş növlərinə xüsusilə diqqət yetirirəm. Çalışacağam ki, idmançılarımıza azarkeşlik edim. Amma hələ qrafikləri bilmədiyim üçün bilet almamışam. Hesab edirəm ki, həmin anda bilet almağım daha uyğun olacaq".
.jpg)
Millət vəkili Zahid Oruc hesab edir ki, bütün dünya görəcək və 20 ölkənin 6 mindən çox idmançısı şahid olacaq ki, Azərbaycan I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi üçün bütün lazımi təşkilati işləri reallaşdırıb: "Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını mühüm tarixi hadisə kimi dəyərləndirirəm və həqiqətən də İyun ayı ərzində keçirilən yarışlardan sonra buna hər kəs əmin olacaq. Nəzərə almaq lazımdır ki, bu gün idman həm siyasi, həm mədəni bir hadisə olaraq dünyanın tarixinə daxil olub. Uzun illər boyu bu hərəkət vasitəsilə sülh, əminamanlıq, dostluq, birgə mübarizə təbliğ edilib. Bunun alternativi sadəcə müharibələrdir, kütləvi qırğınlardır, qanların tökülməsidir. Azərbaycan isə böyük bir qitədə iddiasını ortaya qoyaraq bu yarışın keçirilməsi üçün bütün lazımi təşkilati işləri reallaşdırıb. Mən əminəm ki, bunu yarışlara qatılan 20 ölkənin 6 mindən artıq idmançısı da görəcək. Eyni zamanda onu 16 gün ərzində izləyən insanlar da buna əmin olacaqlar. Nəzərə alaq ki, bizim üçün bu yarışları bilet alaraq izləmək idmanın, Azərbaycanda kütləvi bir hərəkata çevrilməsinə daha da yaxından kömək göstərəcəkdir. Çünki, Azərbaycan gəncliyinin gələcəkdə özünü daha sağlam, daha möhkəm, hazırlıqlı hiss etməsi üçün həm də Azərbaycanın bayrağını Prezidentdən sonra qaldıran ikinci qüvvə olaraq bu prosesin Azərbaycanda dərinləşməsi naminə hesab edirəm ki, hər birimiz orada canlı olaraq bu yarışları izləməliyik. Odur ki, 3 bilet almışam övladımla bərabər iştirak edəcəyəm. Bu sadəcə digər bir tədbirə, bir mərasimə alınan bilet deyil. Azərbaycanda tarixləşən ilk dəfə keçirilən və bununla da gələcək dövr üçün etalonu müəyyənləşəcək bu hadisədə ənənəvi olaraq iştirakçı olmaqdır. Üstündən 5 və ya 10 il keçəcək, hər birimiz görəcəyik ki, mühüm bir prosesin içində olmuşuq və onun iştirakçısına çevrilmişik. İdman növləri içində önəm verdiyim, əhəmiyyətli sayıb azarkeşi olduğum məhz futbol olub. Bu gündə Dünya və Avropa çempionatlarının mühüm yarışlarını izləməyə çalışıram. Lakin onun kənarında digər idman növlərinin də hər birinə mötəbərlik veririk, mənim üçün qılıncoynatma və ya volleybol yarışları da, o cümlədən cüdo da, güləş də bütün digər idman növləri də eyni dərəcədə maraq dairəmizdədir. Yəni, mənim üçün xüsusi bir kompleks yoxdur və idmanın hər hansı bir növünə milli önyarqım mövcud deyil. Bu yarışların gedişində Azərbaycan idmançılarının önəmli yer tuta biləcəklərini görərəkdən təbii ki, gedişat da orada iştirak etmək, əyani olaraq onları izləmək imkanlarımız olacaq və düşünürəm ki vətəndaşlar da burada canlı iştirak edəcəklər".

Millət Vəkili Fəzail Ağamalıyevin fikirlərinə görə, I Avropa Oyunları ilk dəfə olaraq Bakıda keçirildiyi üçün, Bakı oyunların şəhəri kimi hər zaman xatırlanacaq: "Mən Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını çox yüksək hadisə hesab edirəm və düşünürəm ki, bədxah qüvvələrin cəhdlərinə baxmayaraq, anti-Azərbaycan koalisiyasının qarayaxmalarına baxmayaraq, I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və şübhəsiz ki, hər zaman xatırlanacaq. Avropa Oyunlarını izləmək fikrim var. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak üçün bilet almışam. Eyni zamanda bir sıra idman oyunlarına, güləş, karatenin ayrı-ayrı növləri, volleybol, gimnastikanı və digər kollektiv oyunlarını izləmək niyyətindəyəm. İmkan daxilində zamanın mənə vermiş olduğu imkanlar daxilində çalışacam ki, çox xoşladığım idman növlərini izləyə bilim".
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB