Cüdoçumuz “Böyük dəbilqə”nin qızıl medalını qazandı

Cüdoçumuz “Böyük dəbilqə”nin qızıl medalını qazandı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 8-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turniri başlayıb. Yarışda 50 ölkədən 383 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirin ilk günündə 60, 66 kiloqram çəki dərəcələrində kişi, 48 və 52 kiloqram çəki dərəcələrində isə qadın cüdoçular yarışıblar.

Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə ilk görüşündə qazaxıstanlı Qabit Esimbetovu məğlub edib. Koreya Respublikasından olan Lim-Van Kimi də üstələyən idmançımız dörddəbir finalda Gürcüstan təmsilçisi Vaji Marqelaşviliyə qalib gələrək növbəti mərhələyə adlayıb. Yarımfinalda idmançımız Sloveniya təmsilçisi Adraş Jerebayanı məğlub edərək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə Nicat Şıxəlizadə Böyük Britaniya idmançısı Kolin Uotsdan üstün olub.

Yarışda Rustam İbrayev (60 kq, Qazaxıstan), Monika Ungureanu (48 kq, Rumıniya) və Erika Miranda (52 kq, Braziliya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Turnirə mayın 10-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə