Bakıda cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinə start verilib. SİA-nın məlumatına görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən yarışda 50 ölkədən 383 cüdoçu mübarizə aparır. Turnirdə Azərbaycanı 35 idmançı təmsil edir. Onlardan 23-ü kişi, 12-i qadın cüdoçulardır.
Yarışın ilk günündə 60 və 66 kq çəki dərəcələrində kişi, 48 və 52 kq çəki dərəcələrində isə qadın cüdoçular mübarizəyə qoşulublar.
Qeyd edək ki, turnirin ilk günündə Azərbaycanın 13 cüdoçusu yarışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB