Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşündə 3-cü mərhələ başlayıb. SİA-nın məlumatına görə, iştirakçılar saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürərək Oğuz - Şəki - Oğuz - Qəbələ marşrutu üzrə hərəkət ediblər. Ümumi uzunluğu 177 km olan mərhələnin saat 13:45-də başa çatması gözlənilir.
Qeyd edək ki, veloyürüşün 3-cü mərhələsi saat 12.30-dan etibarən "İdman Azərbaycan" və "Eurosport-2" kanalları vasitəsilə canlı yayımlanır.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB