Xetaq Qazyumov ikinci, Şərif Şərifov üçüncü oldu REYTİNQ

Xetaq Qazyumov ikinci, Şərif Şərifov üçüncü oldu REYTİNQ

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, sərbəst güləşçilərimizdən 12 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutublar. Son dünya çempionatının gümüş mükafatıçısı Xetaq Qazyumov (97 kq) və Paris Qran Prisinin qalibi Məhəmməd Müslümov (65 kq) reytinqdəki mövqelərini qoruyublar. Olimpiya çempionumuz Şərif Şərifov ötən ay keçirilən Dünya Kuboku yarışlarındakı uğurlu çıxışı ilə reytinqdəki mövqeyini yaxşılaşdırıb. Məlumat üçün bildirək ki, Şərif Şərifovun yığmamızın İranla görüşündə dünya çempionu Reza Yazdanini tam üstünlüklə məğlub etməsi güləş ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanmışdı. İlk onluqda yer alan güləşçilərimizdən biri də Ruslan Dibirhacıyev (70 kq) olub. Bundan əvvəlki siyahıda yer almayan Olimpiya çempionumuz Toğrul Əsgərov Dünya Kubokunda iştirakından sonra reytinq siyahısında 15-ci, Aleksandr Qostiyev (86 kq) isə 13-cü yerdə qərarlaşıb.

57 kq
17. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (15)
65 kq
4. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (4)
13. Hacı Əliyev - Paris Qran Pri turniri 3-cü yer (12)
15. Toğrul Əsgərov - Dünya Kuboku 3-cü yer (nr)
70 kq
10. Ruslan Dibirhacıyev - Paris Qran Pri turniri 3-cü yer (12)
74 kq
11. Cəbrayıl Həsənov - Dünya Kuboku 3-cü yer (9)
86 kq
13. Aleksandr Qostiyev - Yaşar Doğu turniri 1-ci yer (nr)
18. Məhəmmədhacı Xatiyev - U-23 AÇ 2-ci yer (19)
97 kq
2. Xetaq Qazyumov - A.Medved turniri 1-ci yer (2)
3. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (5)
19. Nurməhəmməd Hacıyev - U-23 AÇ 2-ci yer (20)
125 kq
12. Cəmaləddin Məhəmmədov - Paris Qran Pri turniri 2-ci yer (11)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdikləri nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə