Paytaxtımız "Bakı-2015"in qonaqlarını gözləyir

Paytaxtımız "Bakı-2015"in qonaqlarını gözləyir

"Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar ölkəmizə turist axını artıq başlayıb. SİA-nın məlumatına görə, paytaxtımızın hər bir yerində qonaqları qəbul etmək üçün xüsusi hazırlıq işləri həyata keçirilir. Səbail rayonunun ərazisində turistlərin daha çox cəmləşdiyi yerlərdən "Nizami" küçəsi, "Xəqani" parkı, Fəvvarələr meydanında da quruculuq-abadlıq işləri həyata keçirilib. Sözügedən ərazilərin təmizliyinə daim nəzarət olunur. Burada həm şəhərimizin sakinləri, həm də qonaqların istirahəti və rahatlığı üçün hər cür şərait yaradılıb. Ərazidə uşaqların əyləncəsi üçün də müxtəlif qurğular inşa olunub. Ölkəmizin hər yerində olduğu kimi, bu ərazidə də insanların təhlükəsizliyi tam qorunur. Burada fəvvarələr quraşdırılıb, kinoteatrlar, otellər, restoranlar, muzeylər, dükanlar və s. fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə