Nukati Devis: "Bakı-2015"də möhtəşəm yarışlar keçəcəyindən əminəm" FOTOREPORTAJ
May ayının 8-dən 10-dək "Sərhədçi" İdman Olimpiya Mərkəzində cüdo üzrə "Böyük dəbilqə" turniri keçiriləcək. SİA-nın məlumatına görə, 50 ölkədən 383 idmançının yarışacağı turnirdə iştirak edəcək komandalar Bakıda yarış öncəsi son məşqlərini keçirirlər. Bir neçə ölkənin milli komandasının məşqlərində iştirak edərək, idmançı və məşqçi heyətinin ölkəmiz və "Bakı-2015" I Avropa Oyunları haqda fikirlərini öyrəndik:
Haldun Efemgil -Türkiyənin qadınlardan ibarət milli komandasının baş məşqçisi:
"Bakıya "Böyük dəbilqə" turnirində iştirak etmək üçün gəlmişik. Bu turnir bizim üçün I Avropa Oyunlarına hazırlıq baxımından vacibdir. Bakı ötən illərlə müqayisədə daha da gözəlləşib. I Avropa Oyunları ilə bağlı burada möhtəşəm idman arenaları inşa olunub. Şəhərdə çoxlu parklar salınıb, göz oxşayan binalar tikilib. Hazırda burada məşqlər keçirik. Hazırlıq üçün çox gözəl şərait yaradılıb. Bakıdakı otellərdə mükəmməl xidmət göstərilir və hər cür şərait yaradılıb. Məşqlərdən vaxt olduqca şəhərə gəzməyə çıxırıq. Bakı şox gözəldir. I Avropa Oyunlarına görə paytaxtınızda yüksək hazırlıq işləri görülür.
Nukati Devis - İngiltərənin cüdo üzrə qadınlardan ibarət yığma komandasının üzvü
Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirak edəcəyəm. 57 kq çəki dərəcəsində yarışıram. "Bakı-2015" I Avropa Oyunlarında da mübarizə aparacağam. "Bakı-2015" I Avropa Oyunlarında çox maraqlı və möhtəşəm yarışlar keçəcəyindən əminəm. Bura çox gözəldir. Paytaxtınız çox inkişaf edib. I Avropa Oyunları ilə bağlı Bakıda çox böyük işlər görülüb, möhtəşəm arenalar inşa olunub. Burada "Bakı-2015" I Avropa Oyunlarına aparılan hazırlıq işləri hamıda yaxşı mənada təəccüb yaradıb.
Aleksandr Lüdiki - Avstriyanın cüdo üzrə kişilərdən və qadınlardan ibarət milli komandasının baş məşqçisi
Bakı çox təmiz və gözəl şəhərdir. Dünən paytaxtınızda gəzdim və əmin oldum ki, buranın insanları çox mehriban və qonaqpərvərdirlər. Onlar dostcanlıdırlar. Burada gördüklərimdən qənaətə gəldim ki, Azərbaycan I Avropa Oyunlarına çox yüksək səviyyədə hazırlaşır. Azərbaycana gələn avropalılar görəcəklər ki, Bakı tam bir idman şəhəridir. Ümid edirik ki, "Böyük Dəbilqə" turnirində də mükafatçılar sırasında olacağıq. Əminəm ki, Bakıya gələn bütün idmançılar burada olmaqdan çox məmnundurlar.
.jpg)
Dilara Lokmanekim - Türkiyə milli komandasının və Böyükşehir Bələdiyyəspor klubunun üzvü
Ötən il "Böyük Dəbilqə" turnirində bürünc medal qazanmışam. Bu il də mükafatçılar sırasında olmağa çalışacağam. 48 kq çəki dərəcəsində yarışıram. Bakını çox bəyənirəm. I Avropa Oyunlarına görə paytaxtınız daha da gözəlləşib. Məskunlaşdığımız otel də çox gözəldir. Burada arenalar heyrətamizdir. Tribunalarda türk idmançılara çox dəstək olurlar. I Avropa Oyunlarında da yarışacağam. I Avropa Oyunlarının Bakıda keçirilməsini bizim üçün şans kimi dəyərləndirirəm. Çünki burdakı insanlar da türklərdir. Çalışacağam ki, qızıl medal qazanım. Avropa ölkələrinin hamısı bu növdə güclüdür. Amma biz də güclüyük və mübarizə aparacağıq.
Uğur Akdeniz – Türkiyənin Gənclər və İdman Nazirliyinin Zonquldağda idman müdiri
Bakıda hər zaman böyük beynəlxalq yarışlar keçirilir. Bu gün "Böyük Dəbilqə" tunirində iştirak üçün buradayıq. Azərbaycan idman camiəsini təbrik edirəm. Bura həqiqətən də idman ölkəsidir. Biz də Rio Olimpiadasında yarışmaq üçün xallar toplamaq məqsədilə sözügedən turnirdə bütün gücümüzlə mübarizə aparacağıq. Ümid edirik ki, medal qazanıb, lazımi xalları toplayacağıq. Azərbaycan bizim qardaş ölkəmizdir. Bundan əvvəllər də burada olmuşuq. Azərbaycanda son illərdə həm şəhərlər sürətlə inkişaf edir, həm də iqtisadi cəhətdən böyük uğurlar qazanılır. Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının Bakıda təşkil olunması çox böyük uğurdur. Biz də I Avropa Oyunlarında yarışacağıq. Azərbaycana bu böyük işlərdə uğurlar arzulayıram. Ölkənizin bütün uğurları Türkiyəni çox sevindirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB