#HelloBaku müsabiqəsinin qalibi elan edildi

#HelloBaku müsabiqəsinin qalibi elan edildi

Bakı 2015 Avropa Oyunları #HelloBaku sosial media müsabiqəsində Moskva şəhərindən Anastasiya Ustinovanın qalib gəldiyini elan edir. Avropa Oyunları əməliyyat Komitəsindən SİA-ya verilən xəbərə görə, A.Ustinova müsabiqəyə Instaqram videosu ilə qatılmışdı. Həmin videonu buradan və ya YouTube-da #HelloBaku yazaraq izləyə bilərsiniz.

Yarışa İnstaqram və Tvitterdə mart ayında start verilib. Avropanın hər yerindən sosial media istifadəçiləri "HelloBaku" yazısı altında şəkil və videolar paylaşmağa dəvət olunmuşdular və nəticədə İspaniya, Ukrayna, Serbiya, Macarıstan, Türkiyə və bir çox başqa ölkələrdən çoxsaylı paylaşmalar olub.

Bakı 2015, izləyicilərin marağına ən çox səbəb olmuş video ilə qalib gələrək, mükafatı qazanan Anastasiya Ustinovanı təbrik edir.

Anastasiya Ustinova Bakıya 2 nəfərlik bilet, oteldə qalma və Birinci Avropa Oyunlarının açılış mərasiminə 2 bilet əldə etmişdir. Qalib olması barədə öz sevincini və həyəcanını çatdırmaq üçün Anastasiyanın bizə göndərdiyi videonu izləyə bilərsiniz:

Bütün xəbərlər Facebook səhifəmizdə