Güləşçilərimiz Mahaçqalada 2 bürünc medal qazandılar

Güləşçilərimiz Mahaçqalada 2 bürünc medal qazandılar

Mayın 5-6-da Dağıstanın Mahaçqala şəhərində fazişm üzərində qələbənin 70 illiyinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə kiçik yaşlı yeniyetmə sərbəst güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edib. 400-dən artıq iştirakçının qatıldığı yarışda güləşçilərimiz 2 bürünc medal qazanıblar. Yığma komandanın heyətində Səxavət Qarayev (32 kq) və Məmməd Əhmədov (46 kq) fərqlənib.
Qeyd edək ki, milli komandamızın üzvləri turnirdə məşqçilər Namiq Quliyev və Mehman Nəcəfovun rəhbərliyi altında mübarizə aparıblar. Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Bəşir İsazadə təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə