"Bakı-2015"in möhtəşəm arenası: “Baku Crystal Hall” VİDEO

"Bakı-2015"in möhtəşəm arenası: “Baku Crystal Hall” VİDEO

"Baku Crystal Hall" "Bakı-2015 I Avropa Oyunlarının keçiriləcəyi möhtəşəm arenalardan biridir. Burada "Bakı-2015"in 5 idman növü üzrə yarışları təşkil olunacaq.

SİA-nın məlumatına görə, "Crystal Hall"un baş meneceri Ben Emerson bildirib ki, sözügedən arena 3 hissəyə ayrılıb. Burada boks, voleybol, taekvondo, karate və qılıncoynatma yarışlarının keçiriləcəyini qeyd edən menecer, birinci zalda voleybol, ikincidə boks, üçüncü zalda isə karate, taekvondo və qılıncoynatma yarışlarının keçiriləcəyini bildirib. Onun sözlərinə görə, arenada yaradılan zalları bir-birindən xüsusi akustik divarlar ayırır.

"Avropa Oyunları zamanı "Crystal Hall" 19 min 500-dən artıq tamaşaçı qəbul edəcək. Voleybol yarışlarında gündəlik 4 min, boksda 2 min, karate və taekvondoda 1500, qılıncoynatmada isə 1000 azarkeşin iştirakının nəzərdə tutulub.

Qeyd edək ki, bu arenada atletlər 16 gün ərzində mübarizə aparacaqlar. Mayın 9-10-da qılıncoynatma, 18-də karate, 3 gün sonra taekvondo, mayın 24-də isə voleybol üzrə sınaq yarışları təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə