Türkiyədə stadionun tribunası çökdü

Türkiyədə stadionun tribunası çökdü

Türkiyənin "Adnan Menderes" stadionunun tribunasının bir hissəsi çöküb. SİA-nın məlumatına görə, universitet komandaları arasında keçirilən yarış zamanı çökən hissədə azarkeşlər də olub. Türkiyə mətbuatının yaydığı xəbərə görə, qəza nəticəsində komandalarını dəstəkləyən 9 tələbə azarkeş xəsarət alıb. Yaralı tələbələr Aydınlı Dövlət Xəstəxanasına aparılıblar. Tələbələrdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə