Azərbaycanın rəqibləri bəlli oldu

Azərbaycanın rəqibləri bəlli oldu

Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 3x3 basketbol üzrə yarışan komandaların çıxış edəcəyi qruplar müəyyənləşib. Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı xəbər verir ki, "Bakı 2015" Avropa Oyunlarının 3x3 basketbol üzrə yarışlarda Azərbaycan komandalarının mübarizə aparacağı qruplar və komandamızın rəqibləri bəlli olub. Kişilərdən ibarət yığma komandamız D qrupunda Andorra, Çexiya və İsveçrə komandaları, qadınlardan ibarət millimiz isə A qrupunda Niderland, İsveçrə və Yunanıstan komandaları ilə yarışacaqlar.

Qrupların tam tərkibi belədir:

Kişilər:

A qrupu: Sloveniya, Rumıniya, Litva, İsrail

B qrupu: Rusiya, İspaniya, Türkiyə, Belçika

C qrupu: Estoniya, Serbiya, İtaliya, Yunanıstan

D qrupu: Andorra, Çexiya,AZƏRBAYCAN, İsveçrə

Qadınlar:

A qrupu: Niderland, AZƏRBAYCAN, İsveçrə, Yunanıstan

B qrupu: Çexiya, Belçika, Türkiyə, Ukrayna

C qrupu: İspaniya, Sloveniya, İrlandiya, Slovakiya

D qrupu: Rumıniya, Rusiya, İsrail, Litva

Bütün xəbərlər Facebook səhifəmizdə