Şahmat–dama turnirinin qalibləri məlum olub

Şahmat–dama turnirinin qalibləri məlum olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Sumqayıt Bələdiyyəsinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Şahmat-Dama Məktəbində şəhərin məhəllə və mikrorayon sakinləri arasında şəhər birinciliyi başa çatıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində üç gün davam edən yarışlarda 70-ə yaxın həvəskar idmançı iştirak edib.

Beynəlxalq Şahmat və Dama federasiyalarının mövcud qaydalarına uyğun olaraq dairəvi sistem üzrə keçirilən turnirdə şəhərin "Yeni yaşayış" massivi üzrə məhəllə komitələrinin kişi idmançıları rəqiblərinə böyük üstünlüklə qalib gəliblər. Şahmatçılardan Rövşən Mehrəliyev daha yüksək nəticə göstərərək 1-ci, Şərarir Əvəzov 2-ci, Əli Hüseynov isə 3-cü yerləri tutublar.

Qadınlar arasında birinci yerə Rəfiqə Ağacanova, sonrakı 2-3-cü yerlərə isə müvafiq olaraq Mələk Şirinova və Tovuz Bayramova layiq görülüblər.

Dama üzrə yarışlarda ən yüksək nəticə ilə turnirin qalibi 15-ci məhəllə sakini Nizami Mürsəlov olub.

Turnirin qaliblərinə şəhər bələdiyyəsinin və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları, həmçinin pul mükafatları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə