Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov yeni təyinat alıb. SİA-nın məlumatına görə, o, "Bakı-2015" I Avropa Oyunlarının matçılarını idarə edəcək.
Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunlarında digər idman növləri ilə yanaşı, 8 komandanın iştirakı ilə çimərlik futbolu üzrə də yarış keçiriləcək. A qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, B qrupunda isə Rusiya, İtaliya, İspaniya və Macarıstan milli komandaları mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB