"Qalatasaray"dan önəmli qələbə

"Qalatasaray"dan önəmli qələbə

"Sarı-qırmızılar" turnir cədvəlinə "Beşiktaş"la şərikli başçılıq edir. Bu gün Türkiyə superliqasında 29-cu tura yekun vurulub. Hesabat turunda iki qarşılaşma keçirilib.

Səfərdə "Kayseri Ərciyəsspor"un qonağı olan "Sivasspor" əzmkar qələbə qazanıb. 0:2 hesabı ilə geridə olan Sivas təmsilçisi 3 qol vurmaqla görüşdən qalib ayrılıb - 3:2.

Çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" səfərdə "Akhisar"ın qonağı olub. "Cim Bom"un vuran ayağı Burak Yılmazın dublu "aslanlara" 2:0 hesablı önəmli qələbə qazandırıb.

Bu qələbədən sonra xalını 64-ə yüksəldən "Qalatasaray" turnir cədvəlinə "Beşiktaş"la şərikli başçılıq edir.

4 may

Türkiyə superliqası, 29-cu tur

"Akhisar" - "Qalatasaray" - 0:2
Qollar: B.Yılmaz, 22, 34 (0:2)

"Kayseri Ərciyəsspor" - "Sivasspor - 2:3
Qollar: Çağlayan, 15 (1:0), Vleminks, 35-pen (2:0), Öztürk, 67 (2:1), Eşer, 87 (2:2), 90+1 (2:3)

Bütün xəbərlər Facebook səhifəmizdə