İsveç Olimpiya Komitəsi (SOC) iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək idmançılarının siyahısını açıqlayıb. İsveç yığmasında 74 idmançı çıxış edəcək.
SOC-nin məlumatında qeyd edilir ki, İsveç idmançıları 15 idman növü üzrə yarışlarda iştirak edəcəklər.
İsveç Olimpiya Komitəsinin meneceri Piter Reinbero deyib: "İsveçin dünya reytinqlərində yaxşı nəticələri və inkişafda olan gəncləri var. Odur ki, biz bu Oyunlara böyük ümid bəsləyirik. Əminik ki, Oyunlar yüksək səviyyədə təşkil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB