Həyatımı heç vaxt idmansız təsəvvür etməmişəm. Bu sözləri "Bakı-2015" birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarında Azərbaycanı təmsil edəcək Sabina Mikina deyib.
İlk Avropa Oyunlarının idman elçisi Sabina Mikina 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında mübarizə aparıb. Onun indiyədək qazandığı ən böyük uğur isə 2011-ci ildə keçirilən dünya çempionatını dördüncü pillədə başa vurmasıdır. S.Mikina deyib ki, idmanın bu növündə ən əsas çətinlik psixoloji gərginlikdir. Ancaq qələbə ilə bütün çətinliklər unudulur.
Hobbisinin üzgüçülük olduğunu diqqətə çatdıran Sabina Mikina sevimli kitabının "Master və Marqarita", sevdiyi məkanların isə Qız qalası və Luvr muzeyi olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB