yarış Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub
Şahmat turniri başa çatıb

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vergi xidməti əməkdaşları arasında keçirilən ənənəvi şahmat turnirinə yekun vurulub. Aprelin 18-də start verilən yarışlar Olimpiya sistemi üzrə keçirilib.

Yarışın bağlanışında çıxış edən Vergilər Nazirliyi Aparatının rəhbəri Zeynalabdin Məmmədzadə turnirin gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib.

Turnirin qalibi Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin əməkdaşı Babək İbrahimov olub. Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Məzahir Şamilov ikinci, 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov isə üçüncü yerləri tutublar.

Qaliblərə diplomlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə