Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Salyan rayonundan sonra Neftçala rayonuna gətirilib. SİA-nın Aran bürosunun məlumatına görə, bu gün Salyan rayonundan sonra Kür çayı və Xəzər dənizinin sahilində yerləşən Neftçalada məşəl estafeti saat 16:20-də start götürüb.
Məşəli qəbul edən Qarabağ müharibəsi əlili Ceyhun Mehdiyev 12 həmkarı (onlardan 2-si ulduz iştirakçılar - tanınmış aktyorlar Rafael və Coşqun) ilə birgə yürüşü davam etdirib. 3700 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli Kür sahilndə yerləşən Bayraq meydanına çatdırıblar. Burada Neftçala Uşaq Gənclər İdman Məktəbinin futbol məşqçisi Dilavər Yaqubov məşəli Meydanda qurulan səhnəyə qaldıraraq simvolik çırağı yandırıb. Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Daha sonra Neftçala şəhəri sakini Coğrafiya fənni üzrə yarışmanın qalibi Aynurə Əliyeva Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb.
Yarışın rəmzi məşəl Neftçaladan Şirvan şəhərinə yola salınıb.
İqbal Mikayılov
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB